ABŞ dövlət katibinin müavini Sumqayıtda

ABŞ dövlət katibinin müavini Sumqayıtda

Bu gün ABŞ dövlət katibinin köməkçisinin xalq diplomatiyası və ictimai məsələlər üzrə müavini Bay Fanq Sumqayıt şəhərinə səfər edib. SİA-nın məlumatına görə, o Sumqayıtda fəaliyyət göstərən Sumqayıt-Amerika Təhsil Mərkəzinin nümayəndələri ilə görüşüb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə ABŞ Dövlət departamentinin nümayəndəsi Sumqayıt-Amerika Təhsil Mərkəzinin şəraiti və həyata keçirdiyi layihələrlə tanış olub. Mərkəzin rəhbəri Günel Əsgərova qonaqlara rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi proqramlardan, kurslardan danışıb. Xanım Bay Fanq Sumqayıta səfərindən məmnunluğunu ifadə edib və mərkəzin gələcək fəaliyyətində uğurlar arzulayıb. Sumqayıt səfərindən sonra qonaq Azərbaycan Dillər Universitetində (ADU) tələbələrlə görüşüb.

Qeyd edək ki, xarici qonaq daha sonra Azərbaycanın Salyan rayonuna gedəcək və burada Salyan rayon icra hakimiyyətinin başçısı ilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə