Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) rəsmiləri ilə görüşüb
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT bölməsinin rəhbəri Andrey Abramov ilə görüşüb. SİA-nın xəbərinə görə, Bakıya Beynəlxalq Avrasiya Mətbuat Fondunun 20 illik yubileyi tədbirlərində iştirak etmək üçün gəlmiş Andrey Abramovla Azərbaycanı təkrar görməsindən böyük məmunluğunu bildirmişdi.
Bu ilin iyun ayında NYU-Yorkda BMT-nin İqtisadi Sosial Şurasının – ECOSOC-un Yüksək Səviyyəli Toplantısında görüşdüklərini xatırladan millət vəkili Qənirə Paşayeva Andrey Abramovu Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun da iştirak etdiyi görüşdə əməkdaşlıq perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda görüşdə gələn il ECOSOC-un dəstəyi ilə beynəlxalq qurumların cəlb edilməsi yolu ilə birgə layihələrin həyata keçirilməsi barədə də müzakirələr aparılıb.
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva rəhbərlik etdiyi təşkilat da daxil olmaqla Azərbaycanın bir sıra QHT-lərinin beynəlxalq təşkilatlarla o cümlədən BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) la əməkdaşlığa böyük önəm verdiklərini deyib və yaxın gələcəkdə Azərbaycanın qeyri-hökumət təşkilatları ilə qurum arasında əməkdaşlığın daha da genişlənəcəyinə inandığını deyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.
Görüşün sonunda millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Andrey Abramova Azərbayca həqiqətlərini, mədəniyyətini, musiqisini əks etdirən materiallar təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB