Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə prokurorluq sistemində kadr dəyişiklikləri edilib. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Taryel Ələkbərov, həmin idarənin Preventiv tədbirlər və təhqiqat şöbəsinin böyük prokuroru Pərvin Quliyev və Bakı şəhəri, Nizami rayon prokurorunun müavini Məmmədəli Rəhmətov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq Saatlı, Neftçala və Şuşa rayon prokuroru vəzifələrinə təyin ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB