Qatarların sürəti artırılacaq

Ölkənin bir sıra şəhərlərinə hərəkət edən ekspress qatarların ləğv olunması və ya onların vaqonlarının sayının azaldılması bu qatarlardan istifadə edənlərin sayının azalması ilə bağlıdır. SİA-nın xəbərinə görə, bunu bu gün jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov deyib.

Onun sözlərinə görə, bugün Azərbaycanda yeni avtomobil yollarının tikintisindən sonra bu yollarla hərəkət edən avtobusların sürəti artıb: "Buna görə də vətəndaşlarımız avtomobillə səyahət etməyə üstünlük verirlər. Amma gələcəkdə dəmir yolunda yenidənqurma işləri başa çatandan sonra qatarların sürətini 140 km/saata çatdırmaq mümkün olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə