Umud Rəhimoğlu: "BAMF hər zaman Azərbaycan naminə çalışıb" AÇIQLAMA

Umud Rəhimoğlu: "BAMF hər zaman Azərbaycan naminə çalışıb" AÇIQLAMA

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) hər zaman Azərbaycan naminə yönələn layihələrə üstünlük verib. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında BAMF-in sədri Umud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, BAMF vətəndaş cəmiyyəti olaraq hər zaman Azərbaycanda və regionda aktiv olub: "BAMF-in 20 illik yubileyi münasibətilə bizi hökumət rəsmiləri, Milli Məclisin üzvləri, səfirliklərin nümayəndələri, beynəlxalq təşkilatların nümayəndələri o cümlədən BMT-nin iqtisadi sosial şurasının QHT bölməsinin rəhbəri Andrey Abramov təbrik etdi. Tədbirdə BMT-nin katibliyinin bizə ünvanlanmış təbrikinin səsləndirilməsi BAMF-in dünyada aparıcı rolundan xəbər verir. Bizim 20 illik tərcümeyi-halımız daha çox Azərbaycanla və regionumuzun problemləri ilə bağlıdır. Biz vətəndaş cəmiyyəti olaraq hər zaman bu problemlərin aradan qaldırılması üçün səylər göstərmişik."

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə