Türkiyədə Sergey Lavrovun qolu sındı

Türkiyədə Sergey Lavrovun qolu sındı

Rusiyanın XİN rəhbəri İstanbulda otelin pilləkənindən yıxılıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə səfəri zamanı qolunu sındırıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, hadisə İstanbuldakı otellərdən birində baş verib. Sergey Lavrov pilləkəndən yıxılıb. Nazirin sol əlinin biləyi sınıb.

CNN Türk-ə istinadən verilən məlumata görə, insidentin təfərrüatları məlum deyil. Rusiyanın XİN rəhbəri İstanbuldakı xəstəxanalardan birinə aparılıb və tibbi yardım göstərildikdən sonra xəstəxananı tərk edib.

Sergey Lavrov bu gün Rusiya-NATO şurasının nazirlər toplantısında iştirak etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə