Yeni Azərbaycan Partiyası (YAP) ilə Macarıstanın hakim Fides Partiyası arasında yaxın zamanlarda əməkdaşlıq sazişinin hazırlanması və imzalanması barəsində razılıq əldə edilib.
SİA-nın xəbərinə görə, bununla bağlı razılıq Macarıstanda səfərdə olan Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ilə Fides Partiyası sədrinin birinci müavini, Debretsen şəhərinin meri, Macarıstan parlamentinin üzvü Koşa Layoş ilə görüşdə əldə olunub. Görüşdə hakim partiyalar və onların gənclər təşkilatları arasında münasibətlərin daha da genişləndirilməsi, ikitərəfli və çoxtərəfli müstəvidə parlament fəaliyyətinin əlaqələndirilməsi barəsində fikir mübadiləsi aparılıb.
Bundan əlavə, hər iki partiyanın gənclər təşkilatlarının Azərbaycanda və Macarıstanda təşkil olunan "yay məktəbləri"ndə iştirakı ilə bağlı təklif də məmnunluqla qarşılanıb. Partiyalararası dialoqu davam etdirmək məqsədi ilə YAP sədrinin müavini Əli Əhmədov Koşa Layoş başda olmaqla Fides Partiyasının nümayəndə heyətini Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı görüşdə iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB