Hindistanla əlaqələr genişlənir

Hindistanla əlaqələr genişlənir

Hindistan Azərbaycanla cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə imzalamağa hazırlaşır. SİA-nın vediyi xəbərə görə, Hindistan Daxili İşlər Nazirliyi bəyan edib ki, Azərbaycan, İsrail, Oman və Nepal ilə sözügedən sazişi imzalamağı planlaşdırır.

Qeyd edək ki, qarşılıqlı hüquqi yardım haqqında saziş cinayətlərin qarşısının alınması, istintaqı və məhkəmə təqibi, orderlərin və digər məhkəmə komissiyalarının icrası, zəruri hallarda gəlirlərin və cinayət alətlərinin götürülməsi və müsadirəsi zamanı qarşılıqlı yardımı nəzərdə tutur.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə