Prezident İlham Əliyev səfirin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev səfirin etimadnaməsini qəbul edib

Azərbaycan Prezident İlham Əliyev dekabrın 1-də Eritreya Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tekley Minassie Asgedomun etimadnaməsini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanla Eritreya arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə