Əli Əhmədov Şandor Lejakla hansı məsələləri müzakirə edib?

Əli Əhmədov Şandor Lejakla hansı məsələləri müzakirə edib?

Macarıstanda səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin üzvü Əli Əhmədov Macarıstan parlamentinin sədrinin birinci müavini Şandor Lejak ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin genişləndirilməsi, dostluq qruplarının fəaliyyətinin intensivləşdirilməsi, deputatlarımızın beynəlxalq təşkilatlarda əməkdaşlığının perspektivləri və s. məsələlər müzakirə olunub.

Həmçinin, Milli Məclisdəki YAP deputat fraksiyası ilə Macarıstan parlamentinin hakim "Fides" Partiyasının fraksiyası arasında əməkdaşlığa dair müqavilənin hazırlanması və imzalanması ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Söhbət əsnasında iqtisadi, mədəni, humanitar, gənclər siyasəti və sair sahələrdə də əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə də toxunulub.

Görüşdə həmçinin Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, YAP icra katibinin müavini, Milli Məclisin üzvü Mübariz Qurbanlı, Macarıstan Xarici İşlər Nazirliyinin Qafqaz və Mərkəzi Asiya idarəsinin rəisi, səfir Erne Keşken iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə