Ölkə ərazilərində zəruri addımlar atılıb

Ölkə ərazilərində zəruri addımlar atılıb

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətində partlayış təhlükəli əşyaların partlayış yolu ilə zərərsizləşdirilməsi məqsədi ilə məşğələ keçirilib. FHN-dan SİA-ya verilən məlumata görə, məşğələnin keçirilməsində məqsəd şərti minalanmış ərazidə axtarış və zərərsizləşdirmə, həmçinin partlayış təhlükəli əşyaların axtarışı və zərərsizləşdirilməsi işinin təşkilini, aidiyyəti üzrə tətbiq olunan alət və avadanlıqlardan istifadəsini, keçirilmiş axtarış və zərərsizləşdirmə işlərində texniki təhlükəsizlik tədbirlərinə riayət olunmasını təmin etmək olub.

Plana əsasən, xüsusi çağırışla əlaqədar olaraq şərti minalanmış sahədə kinoloq və istehkamçılardan ibarət qrup ərazini minalardan təmizləmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi üçün zəruri addımlar atıb. Məşğələdə həmçinin nəqliyyat vasitəsində əldəqayırma partlayıcı qurğunun aşkarlanması və su topu ilə partlayıcı qurğunun partlayış yolu ilə zərərsizləşdirilməsi həyata keçirilib. Məşğələyə Xüsusi Riskli Xilasetmə Xidmətinin 10 əməkdaşı və 4 texnikası cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə