Özünü müstəqil dövlət hesab edən Ermənistan öz sərhədlərini qoruya bilmir və başqa bir dövlətə - Rusiyaya öz sərhədlərini qorumaq üçün müraciət edir. Bütün bunlar Ermənistan adlı dövlətdə mövcud olan erməni cəmiyyətinin gen yaddaşında dövlətçilik ənənələrinin olmaması ilə bağlıdır. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkili hesab edir ki, əgər Rusiya Ermənistan-Azərbaycan sərhədlərinin müdafiəsini öz üzərinə götürərsə bu bizim xeyrimizə olan məsələdir: "Vaxtaşırı atəşkəsin pozulması, vətəndaşlarımızın girov götürülməsi, sərhədyanı yaşayış məntəqələrinin atəşə tutulması bir normaya çevrilib. Əgər Rusiya Ermənistanın əvəzinə onun sərhədini qoruyarsa demək olar ki, hər gün baş verən erməni provakasiyalarının qarşısı alınmış olacaq. Eyni zamanda Azərbaycan sərhəddə nizami ordu bölmələri deyil, sərhəd zastavaları yerləşdirə biləcək. Ermənistan özü də bilmədən iki cəhəti etiraf etmiş olur. Birinci Ermənistanın inkişaf etməməsi dünya ictimaiyyətinə çatdırılır. İkincisi, öz sərhədini Rusiyanın köməyi olmadan qoruya bilməməsi etiraf edilir".
Millət vəkili Ermənistanın baş naziri Tiqran Sarqisyanın Azərbaycanı qeyri-konstruktiv mövqe nümayiş etdirməkdə ittiham etməsinə də münasibət bildirib: "Erməni siyasətçilərinin çıxışları dövlət xadimlərinin çıxışlarından çox, heç bir qayda tanımayan, bütün məsələləri zor gücünə həll etməyə çalışan dəstə başçılarının hərəkətlərinə bənzəyir. Yəqin ermənilər düşünürlər ki, Azərbaycan öz ərazilərinin bir hissəsini könüllü şəkildə Ermənistana versəydi və Ermənistanın diktəsi ilə öz daxili və xarici siyasətini yüritsəydi bu, Azərbaycanın konstruktiv mövqe tutmuş olduğu anlamına gələrdi. Digər bir məsələ, işğal etdiyi torpaqlarda oyuncaq dövlət quran Ermənistanın bunu zorla Azərbaycana qəbul etdirmək istəyi də baş tutmayıb. Sarkisyanların nə deməyindən asılı olmayaraq Azərbaycan öz ərazilərini qorumaq əzmindədir. Bu məsələdə heç bir bəyanat, təzyiq onun mövqeyinin dəyişməsinə səbəb ola bilməz".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB