Rasim Musabəyov: "Dilənmək Ermənistanın dövlət siyasətidir"

Rasim Musabəyov: "Dilənmək Ermənistanın dövlət siyasətidir"

Özünü müstəqil dövlət elan edən dövlətin müraciəti açıq şəkildə Ermənistanın iflas etmiş dövlət olmasının təzahürüdür. SİA-nın verdiyi məlumata görə, bu fikirləri politoloq Rasim Musabəyov Ermənistan sərhədlərinin Rusiya tərəfindən müdafiə olunacağına dair bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan ən geridə qalmış dövlət kimi sərhədlərinin müdafiəsini Rusiyaya həvalə etmək istəyir: "Bu bəyanatların verilməsinin iki məqsədi var. Birinci sərhədlərin müdafiəsinin xərclərini Rusiyanın boynuna yıxmaqdır. Baxmayaraq ki, orda xidmət edənlərin rus zabitləri olduğu deyilsə də, faktiki olaraq ermənilər xidmət aparır, bütün xərcləri də Rusiya ödəyir. İndi istəyirlər ki, qalan sərhədlərin də xərcini ruslar ödəsin. İkinci məsələ, ermənilər çalışırlar ki, Azərbaycanla hər hansı bir toqquşma olarsa qabağa rusları verməklə onları da münaqişəyə aktiv cəlb etsinlər. Ancaq onların bu yanaşmaları absurddur, xülyadır".

Politoloq heasb edir ki, Ermənistan apardığı siaysətlə özünü çıxılmaz vəziyyətə salıb: "Ermənistanın işi ancaq hər yerdə dilənməkdir. Rusiyadan kreditlər alınır və hər kəs də bilir ki, onların bu pulu qaytarmaq imkanları yoxdur. Bundan başqa Avropanın qapısın kəsdiriblər, orda da dilənməklə məşğuldurlar. Bundan öncə Azərbaycanın işğal olunmuş torpaqlarını talamaqla özlərini saxlayırdılar. İndi isə orda nə var hamısını dağıdıblar. İranla bağlı isə Ermənistana sərt xəbərdarlıq edilib. Bütün bunlara görə, Ermənistanın dilənməkdən başqa çıxış yolu qalmayıb.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə