Rus deputatlar gələn il Gürcüstana səfər edəcəklər

Rus deputatlar gələn il Gürcüstana səfər edəcəklər

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Gürcütsan nümayəndə heyətinin rəhbəri David Saqanelidze Rusiya nümayəndə heyətini gələn ilin oktyabr ayında Tbilisidə keçiriləcək qurumun iclasına dəvət edib. SİA-nın məlumatına görə, Saqanelidze bu gün Bakıda keçirilmiş QDİƏT PM Baş Assambleyasının yekunlarına həsr olunmuş mətbuat konfarnsında bu təkliflə çıxış edib.

"İki ölkə arasında siyasi baxımından narazılıqları ola bilər, lakin QDİƏT iqtisadi formatda olan bir qurumdur. QDİƏT siyasi məsələlərə toxunmur və Qara dəniz ətrafındakı ölkələrin iqtisadi əməkdaşlığını təmin edir", - Saqanelidze deyib.

Təklifə münasibət bildirən Rusiyanın QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri Mixail Yemelyanov bu təklifi müsbət dəstəkləyib. O qeyd edib ki, QDİƏT çərçivəsində əməkdaşlığa Rusiya tərəfi də maraqlıdır.

"Biz sizin təklifi müsbət qəbul edirik. Və söz veririk ki, sizin dəvət məktubunuzu itirməyəcik", - Yemelyanov Ermənistanın Azərbaycanın dəvət məktubunu itirməsinə eyham vuraraq bildirib.

Xatırladaq ki, QDİƏT PM-də sədrlik bu gün Azərbaycandan Bolqarıstana keçib, may ayında isə sədrliyin Gürcüstana keçməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə