Pan Gi Mun Türkiyəyə gedir

BMT baş katibi Pan Gi Mun 7-9 dekabr tarixlərində Türkiyədə səfərdə olacaq. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Pan Gi Mun öncə Türkiyə-Suriya sərhədinə gələcək, suriyalı qaçqınların olduğu düşərgələrə baş çəkəcək.

BMT baş katibinin dekabrın 8-də Ankarada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə