Aydın Mirzəzadə: "Münaqişənin həlli Tiqran Sarqsyanın nə deməsindən yox, Azərbaycanın gücündən asılıdır"
"Həmsədrlərin regiona növbəti səfəri yeni təkliflərin müzakirəsi ilə bağlıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
ATƏT-in Minsk qrupu həmsədrlərinin 27 oktyabrda Paris görüşündən sonra tərəflərə yeni təkliflər vermişdi. "Həmsədrlər bu görüşdən sonra konkret olaraq bir fikir bildirmədiyinə görə, müzakirələrin davam etdiriləcəyi göz qabağındadır. Onların verdiyi bəyanatda xarici işlər nazirllikləri ilə işləyəcəkləri bildirilir. Bununla belə həmsədrlər birmənalı şəkildə bilməlidirlər ki, Azərbaycan işğal olunmuş torpaqlarını heç bir zaman güzəştə getməyəcək. Ermənistan isə ərazi bütövlüyümüzə hörmətlə yanaşmalı və danışıqları uzatmaqdan əl çəkməlidir".
Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının konfransında İrs partiyasının sədri Raffi Hovannasiyanın təxribat dolu çıxışına münasibət bildirən millət vəkili hesab edir ki, bu bir növ Ermənistandakı hakimiyyət davasının davamıdır". Robert Koçaryanın dövründə Hovannasiyanla Serj Sarkisyan hakimiyyətə iddialı idi. R.Hovannasiyan buna nail ola bilmədi. Təsadüfi deyil ki, S.Sarkisyan hakimiyyətə gəldikdən sonra onu vəzifədən uzaqlaşdırdı. Yerəvanda istənilən bəyanatı vermək mümkündür. Ancaq belə təxribatçı çıxışlar etməklə özünü Ermənistanda qəhraman kimi qələmə vermək istəyən R.Hovannasiyan buna nail ola bilmədi".
"Tunelin sonunda işıq yalnız Azərbaycan destruktiv mövqeyindən əl çəkəndə görünəcək" -deyən Ermənistanin baş naziri Tiqran Sarqsyanın "İnterfaks" agentliyinə verdiyi müsahibəyə münasibət bildirən millət vəkili hesab edir ki, ermənilər özlərinə xas olan xüsusiyyətləri Azərbaycanın adına yazmaq istəyir. "Tiqran Sarqsyan həmişə olduğu kimi ağı qara kimi qələmə vermək prinsipini əsas götürüb. Onun xarici ölkə nümayəndələri ilə görüşündə Azərbaycan barədə ağ yalan danışması birinci dəfə deyil. Təsadüfi deyil ki, torpaq işğal edən ölkə Azərbaycanı müharibəyə hazırlaşmaqda, beynəlxalq hüquq normalarına əməl etməməkdə və ATƏT-in Minsk qrupunun fəaliyyətinə qiymət verməməkdə ittiham edir. Onların məqsədi dünya ictimaiyyətinin fikrini yanıltmaq və Azərbaycan haqqında mənfi imic yaratmaqdır. Ancaq Ermənistan tərəfi yaddan çıxarır ki, məsələlər sərsəm bəyanatlarla deyil, reallıqlarla həll olunur. Münaqişənin həlli Tiqran Sarqsyanın nə deməsindən yox, Azərbaycanın gücündən asılıdır".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB