"QDİƏT-in Belqrad toplantısında regionun davamlı inkişafını təmin etmək üçün layihələrin həyata keçirilməsi və bu istiqamətdə, xüsusi ilə də Qara Dəniz regionda dairəvi nəqliyyat yolunun salınmasının həyata keçirilməsi və bununla da region ölkələri arasında ticarət dövriyyəsinin artılması əməkdaşlığa öz töhvəsini verəcək". SİA-nın məlumatına görə, bunu Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Parlament Məclisinin Baş Assambleyasının 40-cı iclasında çıxışı zamanı QDİƏT-in baş katibi Viktor Tvikun təşkilatın keçən 6 ay müddətində gördüyü işlər barədə məlumat verərkən bildirib.
O həmçinin qeyd edib ki, təşkilatın fəaliyyətinin effektivliyini artırmaq üçün 17 prioritet müəyyən edilib.
Təşkilatın İstanbul sammitinin əhəmiyyətindən danışan baş katib bildirib ki, sammitin yekununda bəyannamə qəbul edilib və burada üzv dövlətlər üzərlərinə ciddi öhdəliklər götürüb: "Bu öhdəliklərə əsasən region ölkələri arasında ticarət dövriyyəsinin artırılması, davamlı inkişaf strategiyasının hazırlanması, ekoloji problemlərin həlli, gender bərabərliyi, birgə nəqliyyat infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil və gənclər sahəsində investisityaların yatırılması və digər məsələlər aiddir".
Baş katib onu da əlavə edib ki, hazırda təşkilata sədrlik edən Türkiyə təşkilatın region əməkdaşlığının inkişaf etdirilməsini nəzərdə tutan fəaliyyət planı hazırlayıb: "Bu planda əsasən regionun davamlı inkişafı, nəqliyyat, təhsil, kommunikasiya, İKT, elm texnologiya və digər məsələlər öz əksini tapıb ki, bu da region əməkdaşlığının inkişafına öz töhvəsini verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB