Nazirlərin növbəti görüşü

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu jurnalistlərə verdiyi açıqlamada deyib ki, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkiyənin Ərzurum şəhərində keçiriləcək.

O bildirib ki, noyabrın 28-də Elmar Məmmədyarov və Əli Əkbər Salehi ABŞ-a səfər etməzdən öncə görüşəcəklər: "Biz Fələstinin BMT-yə etdiyi müraciətə əsasən Nyu-Yorkda BMT Baş Assambleyasının yığıncağında iştirakımız lazım gələ bilər. Noyabrın 29-da keçiriləcək Baş Assambleyada bir neçə nazirlə birlikdə Fələstinə dəstək üçün toplantıya qatılacağıq".

Məlumat üçün bildirək ki, nazirlərin üçtərəfli görüşündə əsasən regional məsələlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə