Qasım Gülpınar: "İCAPP-ın təşkili Azərbaycanın gücünü göstərir" EKSKLÜZİV
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının konfransının Azərbaycanda keçirilməsi ölkəniz üçün çox önəmli bir siyasətdən irəli gəlir. Bunu SİA-ya açıqlamasında Türkiyənin Ədalət və İnkişaf Partiyasının Şanlı Urfa millət vəkili Qasım Gülpınar deyib.
Türkiyəli millət vəkili hesab edir ki, bu konfransın keçirilməsi həm Azərbaycanın tanıdılması baxımından həm də regionda güclü dövlət olması baxımından çox önəmlidir: "Burda Asiyanın bütün nöqtələrindən gələn siyasi partiya nümayəndələri var. Bu siyasi partiyaların konfransa olan maraqları bir daha Azərbaycanın bölgədə hansı gücə sahib olduğunu göstərir. Düşünürəm ki, gələcəkdə Azərbaycan regionun lideri olaraq bölgədə sözü keçən əsas dövlət olacaq. Belə tədbirlərin keçirilməsi də buna bariz nümunədir. Mən ilk dəfədir ölkənizdə oluram və gördüklərimdən belə qənaətə gəlirəm ki, Azərbaycan böyük dövlət olmaq yolunda əmin addımlarla irəliləyir. Bu yolda həmvətənlərimə uğurlar diləyirəm".
Türkiyə-Suriya arsında olan gərginliyədə toxunan türk millət vəkili hesab edir ki, bu gərginliyin nə ilə nəticələnəcəyini indidən demək çox çətindir: "Suriyadakı vəziyyət çox kritikdir. Türkiyə Suriyanın ən yaxın qonşusu və ən uzun sərhəddə malik ölkədir. Suriya ilə sərhəd bölgədə çoxlu türk yaşayır. Bu məsələ bizi çox narahat edir. Suriyada yaşanan hadisələr insan hüquqlarına ziddir. Hal hazırda vətəndaş müharibəsi gedir. Ümid edirik ki, dünyanın güclü dövlətlərinin təkidi ilə yaşanan gərginlik aradan qalxacaq. Əgər hadisələr belə məcrada davam edərsə bu istər region ölkələrinə istərsə də digər ölkəri ciddi təhlükə qarşısında qoya bilər".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB