Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının Bakı bəyannaməsi qəbul olunub. SİA-nın verdiyi xəbərə görə, Bakı bəyannaməni İCAPP daimi komitəsinin üzvü, Pakistan senatoru Muşahid Hüseyn Səid elan edib.
Assambleyanın bağlanış mərasimində çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının Asiya partiyaları arasında dialoqun dərinləşməsinə xidmət edəcək: "Bu çərçivədə olan görüşlər ölkələrin siyasi həyatında mühüm rol oynayan şəxslərin arasında münasibətlərin yaranmasına xidmət edib".
Qeyd edək ki, Bakı Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü yekdilliklə dəstəklənib.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB