"Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir". Bunu SİA-ya Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə deyib.
Komitə sədrinin sözlərinə görə, dünyada siyasi, iqtisadi hadisələr həddən artıq gərginləşib. Hətta bir çox regionlarda konfliktlər belə hökm sürür. Bu konfliktlərin uzun müddət davam etməsi isə ölkə iqtisadiyyatına, eləcə də onların əhalisinin vəziyyətinə bütövlükdə isə dünyadakı siyasi gərginliyin artmasına mənfi təsir göstərir: "Belə olan təqdirdə ölkəmizdə bu kimi tədbirlərin keçirilməsi tarixi əhəmiyyət daşıyır. Asiya kimi böyük qitənin aparıcı siyasi xadimlərinin liderləri vaxtilə Bakıda səfərdə olublar. Bakıda siyasi partiyaların biraraya gəlməsi bütövlükdə cəmiyyətin sağlamlaşmasına xidmət edən hadisədir. Azərbaycan bu gün dinamik inkişaf edən ölkədir".
Z.Səmədzadə bildirib ki, dövlətimizin uğurları bütün dünyanı heyran qoyub: "Həmin qonaqlar ölkəmizdə olmaqla sözün əsl mənasında sülh və əminamanlığın şahidi olurlar. Eyni zamanda tədbirdə çıxış edənlər birmənalı şəkildə bildirdilər ki, Azərbaycanın işğalına son qoyulmalı və ölkənin ərazi bütövlüyü bərpa edilməlidir. Hesab edirəm ki, bu kimi tədbirlər dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artmasından xəbər verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB