Bu gün Bakı Avrasiya Universitetində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, yubiley münasibətilə keçirilən tədbirdə çıxış edən Bakı Avrasiya Universitetinin prorektoru Nazim Cəfərli deyib ki, YAP tarixi zərurətdən yaranmış siyasi təşkilatdır. Müstəqilliyimizin bərpasından sonrakı prosesləri təhlil edən natiq qeyd edib ki, cəmiyyətin demokratik qüvvələri, ziyalıları və bütövlükdə Azərbaycan xalqı Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə yanaşı, onun adı ilə bağlı böyük bir siyasi partiyanın yaradılmasını da zəruri hesab edirdilər. Qeyd edilib ki, məhz bu zərurət nəticəsində Azərbaycanın siyasi həyatında Yeni Azərbaycan Partiyası adlı möhtəşəm bir təşkilat yaranıb.
Sonra adıçəkilən universitetin dekanı Oruc Qaraxanov partiyanın keçdiyi şərəfli yol haqqında çıxış edib. O bildirib ki, hazırda üzvlərinin sayı 600 minə yaxınlaşan YAP-ın hər bir üzvü təmsil olunduğu siyasi partiyanın bu inkişafdakı rolu ilə fəxr edir. Bildirilib ki, partiyamızın gücü tək üzvlərimizin sayında deyil, həm də xalqımızın bu partiyaya sevgisində, inamındadır.
Tədbirdə, həmçinin, YAP Nərimanov rayon təşkilatının ideoloji şöbəsinin rəhbəri Nizami Dadaşov və tələbələr çıxış ediblər.
Sonda bir qrup tələbəyə YAP-ın üzvlük vəsiqələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB