İsrail rəhbərliyi bunun fərqindədir

İsrail rəhbərliyi bunun fərqindədir

Həmasın hərbi qanadının lideri Əhməd Cəbarinin və daha 50 nəfər mülki vətəndaşın öldürülməsi ilə başlayan İsrail-Fələstin qarşıdurması Yaxın Şərqin onsuz da gərgin olan həyatını yeni təhlükələrlə üz-üzə qoyub. SİA-nın məlumatına görə, bunu Millət vəkili Zahid Oruc öz sosial şəbəkəsində Yaxın Şərq məsələsini şərh edərkən belə deyib.

Parlament üzvünün sözlərinə görə, burada təkcə Netanyahu hökumətinin seçki hesablarını axtarmaq yanlış olardı: "Əlbəttə, kritik kütlə hər bir ictimai prosesdə olur. Lakin hakimiyyət aviazərbələrin miqyasca geniş savaşa yol açacağını da hesablamamış deyil. Toqquşmaların Amerikadakı seçkilərdən dərhal sonra başlanması təsadüfi sayıla bilməz. Belə görünür ki, Obama ilə razılaşma daha geniş beynəlxalq məsələlər üzərindən ona yardımı nəzərdə tuturmuş.Yəni amerikalı seçici üçün xüsusilə də böyük yəhudi dünyasının maraqları baxımından İsrailin gələcək taleyinə Fələstin və İranla müharibəyə dair anlaşma mövcud olub. Fəth qruplaşmasından daha sərt xətti seçən hərbi-siyasi dairələrin cavab reaksiyaları təkcə bu köhnə problemi daha da düyünə salmır, həm də Suriya məsələsinə güclü təsir göstərir".

Z.Oruc hesab edir ki, İsrail rəhbərliyi bunun fərqindədir: "Suriyada müxalif üsyançıların qanuni hökumət statusu ilə xarici aləm tərəfindən tanındığı bir məqamda yeni cəbhə açmaq nə qədər doğru seçim idi? Uzun müddətdir ki, müharibə ocağını genişləndirməyə çalışan Bəşər Əsədin və İranın təfriqə dairələri burada nə dərəcədə rol oynamışdır? Rejimin ömrünü uzadacaq belə çoxtərəfli konfliktə Türkiyənin qatqısı hara qədər davam edə bilər?Bütün bu suallar sübut edir ki,Yaxın Şərq draması yeni sürət götürür və dünyanın xəbər məkanın yenə də baş mövzusu olacaqdır. Qəzzadakı yeni qəza çoxdan bəri meydanlarda və təlim düşərgələrində hazırlıq keçən birləşmələrin və onlara himayədarlıq edən dini dairələrin də əl-qolunu uzadır.Yenə də müharibə nəsli səhnədədir.Onlar başqa məktəbin dərsini almayıblar".

Bütün xəbərlər Facebook səhifəmizdə