Millət vəkili Moskvaya gedir

Bu gün Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Rusiya Federasiyasının paytaxtı Moskvaya gedəcək. Milli Məclisdən SİA-ya verilən məlumata görə, səfərin məqsədi AŞPA-nın burada keçiriləcək Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etməkdir.

Tədbirdə nanotexnologiyaların insan sağlamlığına və ətraf mühitə təsiri, tibbi xidmətdən istifadə üçün bərabər imkanların yaradılması, orqan alverinə qarşı mübarizəyə dair Konvensiyanın yerinə yetirilməsi və digər mövzularda müzakirələr aparılacaq.

Səfər noyabrın 20-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə