Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb. SİA-nın Prezidentin rəsmi saytına istinadən məlumatına görə, əsasnaməyə aşağıdakı məzmunda bənd əlavə olunub: "Nazirliyin tabeliyində olan müalicə, profilaktika və sanatoriya-kurort müəssisələri tərəfindən yerinə yetirilən xidmətlərə ("Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanuna, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə uyğun olaraq, pulsuz tibb xidməti almaq hüququ olan, habelə sanatoriya-kurort müəssisələrində imtiyazlı istirahət hüququ olan şəxslərə göstərilən xidmətlər istisna olmaqla) ödənişlərin tətbiq edilməsinə razılıq vermək".
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Dövlət başçısının digər fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin strukturunda da dəyişiklik edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB