Fransa və Ermənistan prezidentlərinin görüşündə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediləcək
Ermənistan Prezidenti Serj Sarkisyan Fransaya rəsmi səfərə gedir. SİA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, Yelisey sarayında baş tutacaq görüşdə iki ölkə arasında əlaqələrin indiki durumu, iqtisadi əlaqələr və təbii ki, Dağlıq Qarabağ ətrafında baş verən hadisələr müzakirə mövzusu olacaq.
Artıq dəfələrlə Fransaya səfər etmiş Sarkisyanla görüş mayda dövlət başçısı seçilmiş Olland üçün ilk görüş olacaq.
Sarkisyan indiki səfəri zamanı Fransa parlamentinin Ermənistanla dostluq qrupuna daxil olan fransız deputatlar və senatorlarla, həmçinin yerli işgüzar dairələrin nümayəndələri ilə də görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB