Məhərrəm Həsənov: "Belə olsa qanunların pozulmasına elə də ehtiyac olmaz"
"Hesab edirəm ki, parlamentdə müəyyən dövrdən sonra qanunlara dəyişikliklərin edilməsi labüddür. Çünki, heç bir qanun Quran ayəsi deyil ki, uzun müddət dəyişilməz qalsın". Bunu SİA-ya AMEA-nın Coğrafiya İnstitutunun aparıcı-elmi işçisi Məhərrəm Həsənov bildirib.
Onun sözlərinə görə, bizdə də qanunlar dəyişilməlidir, amma kəskin dəyişikliklərin edilməsi, cərimələrin bu qədər artırılmasındansa insanlar arasında maarifləndirmə işinin aparılması daha məqsədəuyğun olardı: "Yəni inzibati yolla çox şey etmək olmaz. İnsanlar gərək mənəvi cəhətdən kamilləşə. Belə olsa qanunların pozulmasına elə də ehtiyac olmaz. Cərimələri artırarkən Azərbaycan cəmiyyətinin maddi durumunu da nəzərə almaq lazımdır. Düzdür, bir tərəfdən cərimənin miqdarı artarsa, insanlar o cinayəti etməyəcək. Digər tərəfdən isə əgər hər hansı bir şəxs cinayətə meyl edirsə, deməli bu yeniliklərə də məhəl qoymayacaq. Hər halda müasir dövrdə cərimələrin bu qədər artırılması bizə baş ucalığı gətirməyəcək".
AMEA-nın Coğrafiya elmləri namizədi Habil Haqverdiyev isə hesab edir ki, bunların hər biri milli xarakter daşıyır: "Bizim gələcəyimiz, demokratik, dövlətçilik prinsiplərin möhkəmləndirilməsi üçün bu kimi qanunlara ehtiyac çox böyükdür. Əgər biz daimi olaraq inkişaf ediriksə deməli qanunlarda yenilənməlidir. Bu yalnız hər birimizin xeyrinə olan məsələdir. Parlament qanunların təkmilləşdirilməsi, yenilənməsi üçün fəaliyyət göstərir. Hesab edirəm ki, parlamentin qanunlarda etdiyi dəyişikliklərin cəmiyyətə mənfi təsiri olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB