Bu gün ölkədə Avropa standartlarına uyğun institsional və texniki baxımdan mükəmməl bir sistem formalaşdırılır. Bu sistemin ən mühüm məsələrindən biri də sistemin maliyyə dayanıqlığını təmin etməkdir. Bunu SİA-ya Dövlət Sosial Müdafiə fondunun (DSMF) sədri Səlim Müslümov deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə gərgin işlər gedir: "Yəni bütün çalışan insanların qeydiyyata götürülməsi, onlara verilən əmək haqqların leqallaşdırılması və bunun hesabına Dövlət Sosial Müdafiə Fonduna daxil olmaların artırılması, dövlət büdcəsindən transferlərin azaldılması qarşıya qoyulmuş əsas vəzifələrdəndir".
S.Müslümov deyib ki, təbii ki, cəmiyyətin sosial həyatı onun iqtisadi həyatının törəməsi kimi çıxış edir: "İqtisadi imkanlarımızın artması sosial sahədə də mühüm işlərin həyata keçirilməsini zəruri edir. O cümlədən pensiya təminatının yaxşılaşdırılması, pensiyaların məbləğinin artırılması da buna aid edilə bilər".
DSMF-nın sədri Yeni Azərbaycan Partiyasının (YAP) 20 illiyi haqqında da məlumat verib: "Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcısı ulu öndər Heydər Əliyev və son 9 ildə YAP-ın sədri, cənab prezident İlham Əliyev çox böyük uğurlarla Azərbaycanı irəliyə aparıb. Azərbaycan bu gün böyük qürur hissi, fəxrlə özünün İnkişaf etmiş ölkələr (İEÖ) sırasında olduğunu bəyan edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB