"Parlamentlərarası əlaqələri daha da inkişaf etdirməliyik"

"Parlamentlərarası əlaqələri daha da inkişaf etdirməliyik"

"Müasir dünyada da parlamentlər dövlətlər arasında əlaqələrin inkişafında önəmli rol oynayır: "Ona görə də biz parlamentlərarası əlaqələri daha da inkişaf etdirməliyik". SİA-nın məlumatına görə, bunu TÜRKPA-nın Bakıda keçirilən Hüquq Komissiyasının iclasında Komissiyanın sədri Haluk İpək (Türkiyə) deyib.

Onun sözlərinə görə, türk xalqlarında min illərdir ki, parlament ənənələri davam edir: "Bu qurumlar hələ çox qədimdən müxtəlif adlar altında fəaliyyət göstərib və cəmiyyətin idarə olunmasında yekdil qərarlar qəbul edilməsində müstəsna rol oynayıb".

İclasda iştirak edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə deyib ki, TÜRKPA parlament diplomatiyasından istifadə edib üzv ölkələrin qanunvericilik bazasının formalaşması təcrübəsini öyrənməli və tətbiq etməlidirlər: "Bu təcrübə inkişaf etdirilməlidir".

O həmçinin vurğulayıb ki, TÜRKPA-ya daxil olan ölkələrin ali məktəblərində türkdilli ölkələrin Konstitusiyaları tədris olunmalıdır: "Konstitusiyanın tədrisi üzv ölkələrin inteqrasiyası baxımından önəmlidir. Düzdür, bu gün Azərbaycanın ali məktəblərində əsasən Avropa ölkələrinin konstitusiyaları tədris olunur. Hesab edirəm ki, həm də türkdilli ölkələrin konstitusiyaları tədris edilməlidir. Bu, digər sahələrlə yanaşı, hüquqi sahədə də əlaqələrin inkişafına, qanun yaradıcılığı sahəsində əməkdaşlığa töhfəsini verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə