Gələn il Bakıda TÜRKPA-nın Baş Katibliyinin yeni binası istifadəyə veriləcək. SİA-nın məlumatına görə, bu barədə Bakıda keçirilən TÜRKPA-nın Hüquq Komissiyasının iclasında qurumun baş katibi Ramil Həsənov məlumat verib.
O bildirib ki, 2013-cü ildə hazır olacaq binanın açılışında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək: "Bu, Azərbaycan prezidentinin TÜRKPA-ya göstərdiyi önəmin bariz nümunəsidir".
Qeyd edək ki, TÜRKPA hazırda Milli Məclisin binasında fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB