Azərbaycan Prezidenti Filip Verveyerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün ABŞ Dövlət Departamentinin Beynəlxalq Kommunikasiya və İnformasiya siyasəti üzrə əlaqələndiricisi Filip Verveyerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
SİA-nın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlətimizin başçısı Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanın beynəlxalq tədbirlər keçirməkdə böyük təcrübəyə malik olduğunu qeyd edən Prezident İlham Əliyev BMT-nin Azərbaycan hökuməti ilə birgə təşkil etdiyi VII İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsini ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafına yaradılan şəraitin göstəricisi kimi dəyərləndirib. Dövlətimizin başçısı informasiya və kommunikasiya texnologiyaları sektorunun artıq Azərbaycanda prioritet sahələrdən birinə çevrildiyini vurğulayıb.
ABŞ Dövlət Departamentinin Beynəlxalq Kommunikasiya və İnformasiya siyasəti üzrə əlaqələndiricisi Filip Verveyer VII İnternet İdarəçilik Forumunun təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib. Forumun ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğulayan Filip Verveyer tədbirdə ABŞ-dan bir çox rəsmi şəxslərin iştirak edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB