"Böyük İpək Yolu"nun gələcək planları nədir?

"Böyük İpək Yolu"nun gələcək planları nədir?

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı ilə SALTO Şərqi Avropa və Qafqaz Araşdırmalar Mərkəzi nümayəndələri arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparılıb, adıçəkilən Mərkəzin nümayəndələrinə "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının gələcək fəaliyyət planları ilə bağlı məlumat verilib.

Görüşün yekununda təşkilatların gələcəkdə birgə fəaliyyətinə dair memorandumun imzalanması barədə razılıq əldə olunub.

Qeyd edək ki, SALTO Şərqi Avropa və Qafqaz Araşdırma Mərkəzinin fəaliyyəti, əsasən, Şərqi Avropa və Qafqaz regionu ölkələrindəki gənclərin maarifləndirilməsi və beynəlxalq səviyyədə əməkdaşlığı məsələləri ilə əlaqədardır.

Bütün xəbərlər Facebook səhifəmizdə