Milli Məclisdə X iclas keçirilir

Milli Məclisdə X iclas keçirilir

Bu gün Milli Məclisdə Azərbaycan-Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyanın X iclası keçirilir. SİA-nın məlumatına görə, iclasa həmsədrliyi Azərbaycan tərəfdən Milli Məclisin sədr müavini Valeh Ələsgərov, Rusiya tərəfdən isə Federal Məclisin vitse-spikeri Svetlana Arlova edir.

İclasa hər iki ölkənin səfirləri – Polad Bülbüloğlu və Vladimir Daroxin, həmçinin hər iki parlamentin deputatları qatılıb.

Gündəlikdə əsasən Komissiya sədr müavinlərinin təyini, həmçinin Komissiyanın tərkibində dəyişiklik edilməsi, humanitar, ticari-iqtisadi qanunvericilik bazasının təmin edilməsinin perspektivlərinin müzakirəsi, X iclasının yekun protokolunun imzalanması və XI iclasın yerinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə