Hər iki qardaş dövlət böyük işlərə imza atacaq

Hər iki qardaş dövlət böyük işlərə imza atacaq

Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri sadəcə siyasi müstəvidə deyil, eyni zamanda iqtisadi müstəvidə öz əksini tapıb. Buna misal olaraq, Azərbaycan və Türkiyənin regionda həyata keçirdiyi ortaq iqtisadi layihələri göstərmək olar. Bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Onun sözlərinə görə, Türkiyə güclü demokratiyası, siyasəti və iqtisadiyyatı ilə bölgədə sabitliyin möhkəmlənməsinə xidmət edir: "Türkiyə və Azərbaycan əlaqələri bütün sahələrdə inkişaf edir. Bu əlaqələrin daha da geniş bir məcrada davam etdirilməsi üçün hər iki dövlətdə siyasi iradə mövcuddur. Xüsusilə xalqın, iş adamlarının bu yöndə işləri təqdirəlayiqdir. Hər iki qardaş dövlət birlikdə çox böyük işlərə imza atacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə