Mübariz Qurbanlı: "Gürcüstanla münasibətlər bundan sonra da davam edəcək"

Mübariz Qurbanlı: "Gürcüstanla münasibətlər bundan sonra da davam edəcək"

"Gürcüstanda yeni hökumətin formalaşdırılması Azərbaycanla bu ölkənin münasibətlərinə təsir göstərməyəcək. Bəzi dairələrin bu haqda fikirlərinin əsası yoxdur". Bu sözləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaş ölkələrdir. Tərəflər arasında böyük əhəmiyyət kəsb edən müqavilələrin olduğunu xatırladan YAP İcra katibinin müavini bu müqavilə öhdəliklərinə hər iki dövlətin bundan sonra da əməl edəcəyini qeyd edib.

"Hər hakimiyyət dəyişikliyi zamanı dövlət siyasətinin də dəyişməsini düşünməli olsaq, bu çox yanlış olardı. Hökumətin dəyişməsi dövlət siyasətinin dəyişməsi demək deyil. Dövlətlərin siyasəti uzunmuddətli strategiyaya və perspektivə əsaslanır. Bu mənada Azərbaycan və Gürcüstan arasında mövcud olan yüksək münasibətlər bundan sonra da davam edəcək", - deyə, M.Qurbanlı vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə