"Azərbaycan haqqında təəssüratlarım çox müsbətdir"

"Azərbaycan haqqında təəssüratlarım çox müsbətdir"

Bakıda keçirilmiş "Avroviziya" mahnı müsabiqəsində Almaniya mətbuatı ölkəniz haqqında çox yazmışdı. Amma çox təəssüflər olsun ki, bu yazıların bir qismi "Avroviziya" ilə bağlı olmayıb. Bunu SİA-ya almaniyalı jurnalist, Almaniyanın İctimai-hüquq radiosunun təmsilçisi Martin Bond deyib.

Onun sözlərinə görə, Azərbaycan haqqında təəssüratlarım çox müsbətdir: "Azərbaycanın inkişafı hər bir istiqamətdə xüsusilə geniş spektrdə davam edir. Bakı haqqında bir çox məlumatlara sahibəm. Bakının çox müasir şəhər olması haqqında yetərincə bilgim var. Mən həmin bu müasirliyin, inkişafın Azərbaycanda olduğum zaman bir daha şahidi oldum. Təbii ki, şəhərin hər bir hissəsi eyni tempdə sürətlə inkişaf etmir. Bunu mərkəzdə daha aydın görmək olar. Amma Bakı çıx müasir, sakit və təhlükəsiz şəhərdir. İnsanları mehribandır.

Alman jurnalist qeyd edib ki, bundan əvvəlki görüşlərdə ölkə mediası haqda məlumat qismən əldə etsəm də, Səs Media Holdinqində aldığım bilgi mənə mətbuatınız haqda məlumatı kifayət qədər zənginləşdirdi: "Ölkəniz gənc olsa da hər bir sahədə ciddi inkişaf nəzərə çarpır. İnanıram ki, 5-10 ildən sonra ölkəniz ən inkişaf etmiş ölkələr sırasına qatılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə