Serj Sarkisyan Azərbaycana gəlib

Ermənistan prezidenti cəbhə xəttinə gedib, hərbi təlimlərdə iştirak edib

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər edib. Ermənistanın dövlət başçısının saytına istinadən veril\n məlumata görə, onu Ermənistanın müdafiə naziri və Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakayan müşayiət ediblər.

Serj Sarkisyan cəbhə xəttindəki hərbi hissələrə baş çəkib, döyüş hazırlığı ilə tanış olub. O, işğal olunmuş ərazilərdəki Ermənistan hərbi birləşmələrinin təlimində də iştirak edib.

Serj Sarkisyan Ağdərədəki Maqavuz kəndində kömür mədənində olub. Bu mədəndən Ermənistana daş kömür daşınır. Rəsmi İrəvan Azərbaycana məxsus yataqları talamaqla Ermənistanın enerji təhlkəsizliyini təmin etmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə