Gənclər tərəfindən nəyəsə nail olmaq mümkün deyildi

Gənclər tərəfindən nəyəsə nail olmaq mümkün deyildi

Müxalifət tərəfindən keçirilən bu aksiya "facebook" sosial şəbəkəsində bir qrup gənc tərəfindən təşkil edilib. Bunu SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayev bildirib.

Sədr müavinin sözlərinə görə, bu cür aksiyanın bir qrup gənc tərəfindən həyata keçirilməsi ilə nəyəsə nail olmaq da qeyri-mümkün idi: "Amma hər-halda bu aksiya baş tutdu. Burada təbii ki, parlamentin buraxılması mexanizmi fəqlidir. Lakin məsələnin ictimaiyyələşməsi daha vacib idi. Hesab edirəm ki, bu məsələ müəyyən deputatları qismən istefaya sövq edə bilər. Bu aksiya parlamentin buraxılması şüarı ilə təşkil edilmişdi və bununla da əlaqədar Milli Məclisə yürüş təşkil edilməli idi. Biz bu aksiyanın təşkili ilə nəyəsə nail olmasaq da, qismən də olsa insanlara başa salmağa çalışdıq ki, bizim burada iştirakımızın əsas məramı, məğzi nədən ibarətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə