Azərbaycan cəmiyyətində aksiyalara maraq yoxdur

Azərbaycan cəmiyyətində aksiyalara maraq yoxdur

Hesab edirəm ki, müxalifət tərəfindən icazəsiz aksiyaların bir daha olmaması üçün insanların sərbəst toplaşma azadlığı təmin olunmalıdır. Məhz bu təqdirdə razılaşdırılmamış aksiyalara ehtiyac da qalmaz. SİA-nın xəbərinə görə, bunu politoloq Ərəstun Oruclu bildirib.

Onun sözlərinə görə, kütləvi aksiya məsələsini həll etmək üçün qanunvericilikdə müəyyən qaydalar müəyyənləşdirilməlidir: "İctimai Palata parlamentin yenidən keçirilməsini hədəf qoyaraq yaranıb. Bu gün Azərbaycan cəmiyyətində aksiyalara maraq yoxdur. Bu bir növ təşkilatçıların yanaşmasıdır və onlar düzgün taktika, düzgün şüarlar seçməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə