Nümayişlərin qaydalı və ya qaydasız, icazəli və ya icazəsiz olmasından asılı olmayaraq jurnalistlərin həmin askiyalarda iştirak etmək və həmin yerdən reportaj hazırlamaq hüquqları qanunla təmin olunur. Bunu SİA-ya Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli müxalifətin oktyabrın 20-də keçirdiyi aksiyaya münasibət bildirərkən deyib.
Sədrin sözlərinə görə, bütün bunlar qanun çərçivəsində olmalıdır: "Qanuna əsasən jurnalist həmin aksiyalarda iştirak edərək və heç bir mövqe sərgiləmədən aksiyaların gedişatı barəsində məlumat yaya bilər. O, ilk növbədə özünün təhlükəsizliyini təmin etməlidir. Mən həmin aksiyada iştirak etməsəm də Mətbuat Şurasının tərkibindəki monitorinq qrupu daimi olaraq fəaliyyət göstərir. Bu cür aksiyalar zamanı monitorinqlər keçirilir və jurnalistlərə yaradılan şəraitlə bağlı hesabatlar verilir. Həmin aksiyalarda jurnalistlərə informasiyanı sərbəst şəkildə ötürülməsi üçün kifayət qədər şərait yaradılıb. Burada hər bir jurnalist üzərində "PRESS" yazılan vahid formalardan istifadə edərək müxalifətin yürüş mitinqində iştirak edib. Orada qeyri-qanuni şəkildə iştirak edən jurnalisltərin isə monitorinqi aparılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB