"Rusiya Suriyanı ona görə dəstəkləyir ki, Suriyadan sonra növbə İrana çata bilər. Bu da Rusiyanın dəniz sərhədi deməkdir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. O bildirib ki, bu Rusiyanın bir növ dəniz nəzarətində olan siyasi ərazilərinə Qərbin və ABŞ-ın müdaxiləsi kimi qiymətləndirilir.
Politoloqun fikrincə, Rusiyanın bu məsələlərin qarşısını alma cəhdi hələlik bir nəticə vermir: "Ancaq Türkiyənin bu işlərə müdaxilə etməsi bizi həddindən çox narahat edir. Çünki, Qərb dövlətləri NATO-nun üzvü olan müsəlman və islam dünyasında aparıcı rolu olan dövləti istəmirlər. Ona görə də Türkiyəni bu oyunlara qatmaq istəyirlər. İstərdim ki, Türkiyə indiki vəziyyətdə yeni bir müharibənin başlanmasının səbəbkarı olmasın. Çünki, əgər Türkiyənin Suriyaya müdaxiləsi olsa, bu, birmənalı şəkildə üçüncü dünya müharibəsi deməkdir. Burada Suriyanı dəstəkləyən Çin, Rusiya və İran üçlüyü var. Türkiyəni qızışdıran NATO və ABŞ isə məqamı çatdıqda heç bir dəstək nümayiş etdirməyəcək. Belə bir şəraitdə məhz bizim qardaş dövlətimizin bu işlərdən kənarda qalması daha yaxşıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB