"2013-cü il Azərbaycan Respublikasının Dövlət büdcəsi layihəsində siyasi partiyalara ümumilikdə 2 milyon vəsaitin ayrılmasını təqdirəlayiq hal kimi qiymətləndirirəm". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.
Sədrin sözlərinə görə, bu ilk addım olduğu üçün müsbət dəyərləndirilməlidir: "Sözsüz ki, bu məsələlər getdikcə püxtələşəcək və daha optimal şəkildə fəaliyyət göstərəcək. Burada tətbiq edilən bölgü sisteminin özü belə düzgün şəklidə müəyyənləşdirilib. Çünki ayrılan vəsaitin 10 faizə qədəri parlament seçkilərində səs toplayan partiyalar üçün nəzərdə tutulub. Bəs, gəlin görək bu vəsait kimlərə verilməlidir? Bu vəsait seçkiyə gedən, orada qalib gələn və arxasında seçicisi olan şəxslərə verilir. Nəzərdə tutulan prinsiplərin humanistliyi ondan ibarətdir ki, parlamentdə təmsil olunmayan partiyalara ümumi vəsaitin 10 faizinin verilməsi belə sevindirici haldır. Yerdə qalan 90 faiz vəsait isə parlamentdə təmsil olunan deputatların sayına görə bölüşdürülür".
A.Hüseynov bildirdi ki, ümumilikdə burada bütün amillər nəzərə alınıb: "Bununla belə, bu vəsaitin verilməsi birinci növbədə nəyə gətirib çıxara bilər? İlk öncə artıq siyasi mübarizə parlamentdə özünü göstərməlidir. Kim bu veriləcək vəsaitdən çox qazanmaq istəyirsə, deməli o parlamentdə çox yer əldə etməlidir. Parlamentdə daha çox yer əldə etməyin də yeganə yolu seçicilərin rəğbətini qazanmaqdır. Bunun üçün də bu gün seçiciləri qane edəcək şəkildə, onların istəklərinə cavab verəcək gücə sahib olmalısan. Bu vəsaitin verilməsi həmin siyasi partiyalar üçün bir stimuldur, köməkdir. Bu vəsait maddi təminat olmaqla yanaşı, eyni zamanda mənəvi, əxlaqi, sivil siyasi mübarizəni özündə əks etdirəcək yardımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB