“Reproduktiv sağlamlıq” haqqında qanun müzakirə olunacaq

“Reproduktiv sağlamlıq” haqqında qanun müzakirə olunacaq

"Milli Məclisdə "Reproduktiv sağlamlıq" haqqında qanunun müzakirəsi olacaq". Bunu SİA-ya Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib.

Sədrin sözlərinə görə, Sosial Siyasət Komitəsi əsasən sosial sifarişlərə uyğun şəkildə qanunlar hazırlamaqla məşğuldur. "Düz 6-7 ildir ki, sözügedən qanun cəmiyyətdə müzakirə olunur və birmənalı qarşılanmır. Amma bir həqiqət var ki, Azərbaycanda paradoksal və təəssüf doğuran məsələ olsa belə nikaha girən 90 minə qədər cütlüyün 13 faizi uşaq dünyaya gətirmək iqtidarında olmur. Bu bizi düşündürən məsələdir. Milli Məclisin payız sessiyasında bu qanun müzakirə ediləcək. Digər məsələ "Gənc ailənin sosial müdafiəsi" haqqında qanun layihəsidir. Xeyli vaxtdır bu layihə üzərində işlər gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə