Milli Məclisdə Mədəniyyət haqqında qanunun qəbul olunması çox sevindirici hadisədir. Bunu SİA-ya Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.
Deputatın sözlərinə görə, ilk dəfə bu qanun 1998-ci ildə, yəni Müstəqillik dövründə qəbul edilib: "Ötən 14-15 il ərzində Azərbaycanda həm müsbət həm də mənfi dəyişikliklər olub və bu mədəniyyət sahəsinə də sirayət edib. Belə olan təqdirdə düşünürdük ki, bu qanun müəyyən bir aşınmaya məruz qalıb. Qanunun yenidən qəbul olunmasına çoxdan ehtiyac olub. Peşəkarların, ziyalıların, vətəndaşların Mədəniyyət haqqında qanuna dəyişikliklər edilməsinə sosial sifarişi var idi. Mədəniyyət sahəsinin elə bir sferası yoxdur ki, bu qanun onu əhatə etməsin".
Bununla yanaşı, J.Əliyeva dedi ki, yaxın vaxtlarda Milli Məclisdə İcra haqqında qanuna dəyişikliklərin edilməsi gözlənilir: "Ən vacibi isə parlamentdə 2013-cü il Azərbaycan Respublikasının Dövlət büdcəsinin müzakirəsi aparılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB