Hakimiyyət diffamasiya qanununun qəbulu istiqamətində addım atıb. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oktyabrın 18-də "Media forum" saytına bildirib ki, Mətbuat Şurasının hazırladığı "Diffamasiyadan müdafiə haqqında" qanun layihəsi rəy verilməsi üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərilib: "Prezident Administrasiyası qanun layihəsini Venesiya Komissiyasına təqdim edib. Hazırda layihə öyrənilir. Onu Venesiya Komissiyası ilə birgə təkrar müzakirə edəcəyik. Bundan sonra isə qanunun qəbul olunması proseduralarına başlanacaq".
Şöbə müdirinin sözlərinə görə, layihəni Venesiya Komissiyası ilə müzakirə edib işləri əlaqələndirmək Prezident Administrasiyasının məsul şəxslərinə tapşırılıb: "Qanunun qəbulu üçün Venesiya Komissiyası ilə məsləhətləşmələr aparılır. Layihəni Mətbuat Şurası tək deyil, digər jurnalist təşkilatları ilə birgə hazırlayıb. Prosesdə Prezident Administrasiyası da iştirak edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB