"Mənim kimi emosional adamlardan rəhbər ola bilməz"

Tahir Kərimli: “O dövrdə milləti ardımca aparıb Xəzər dənizinə tökərdim”
"Mənim kimi emosional adamlardan rəhbər ola bilməz"

Bizim kimi insanlar əqidə ilə mübarizə aparır, emosional davranırlar. Bunu SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Partiya sədri bildirib ki, dünya siyasətində oyunçu olmaq lazımdır. Bu gün həm Rusiya və İran dövlətləri ilə, həm də Qərb ilə əməkdaşlıq etməli yeri gələndə isə, məsafə saxlanılmalıdır. Bu düzgün yeridilən siyasət və taktikadır. Böyük dövlətləri səhv siyasətlə qıcıqlandırmaq kiçik dövlətlər üçün ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. Məsələn, Çeçenistanda Dudayev qəhrəmanlığı qalib gələ bilmədi. Çünki düzgün siyasət yeridilmirdi, məsələlərə emosional yanaşılırdı. Bir sözlə az qala çeçen milləti məhv olub gedirdi. Çeçenistanın hazırkı rəhbəri Moskvanın istək və tələblərini yerinə yetirməklə çeçen millətinin məhv olmasının qarşısını aldı.

Prezident İlham Əliyev bütün intelektini bilik və bacarığını ortaya qoymaqla Azərbaycan dövlətini dirçəltdi və bayrağımızı yenidən yüksəklərə qaldırdı. Azərbaycan xalqının və millətini bütövlüyünü qoruyub saxlaya bildi. Mən Tahir Kərimli olaraq bildirirəm ki, mənim kimi emosional adamlardan rəhbər ola bilməz. Çünki mən o dövrdə milləti ardımca aparıb Xəzər dənizinə tökərdim. Bir sözlə Prezident İlham Əliyevin apardığı siyasət ağılllı, təmkinli qabaqcadan düşünülmüş bir siyasətdir.

Ruqiyyə Cəfərova

Bütün xəbərlər Facebook səhifəmizdə