"Amerikanın (ABŞ) ölkəmizdəki səfirliyi Azərbaycanda müxalifətin siyasi cəhətdən dəstəklənməsi və əlaqə qurulması taktikasına üstünlük vermir". SİA-nın xəbərinə görə, bunu Millət vəkili Fazil Mustafa ötən gün bir sıra müxalifət nümayəndələrinin ABŞ-ın ölkəmizdəki yeni səfiri ilə görüşünə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, ABŞ səfiri müxalifətə sadəcə bir agentura şəbəkəsi kimi yaxınlaşır. Daha çox onları bu meyarlar maraqlandırır. Bu baxımdan görüşlərdə müzakirə olunan məsələlərə münasibətimiz mənfidir. Burada demokratik cəmiyyətin qurulması, ölkə daxilində nə kimi islahatların aparılması əvəzinə əsas müzakirə metodu müxalifətin ABŞ-a və yaxud onun səfirinə simpatiyası məsələləri olub. Hesab edirəm ki, bu Azərbaycan müxalifətinin, siyasi partiya rəhbərlərinin aşağılanması mənasını daşıyır. Sabah bunlar ölkədə bəlli bir mövqeyə gələn insanlardır. Hər halda bir səfirin qarşısında davranış sərgiləmək, hesabat vermək heç də xoş qarşılanmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB