Bakı-Sarayevo qardaşlığı bu gün

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini qəbul edib
Bakı-Sarayevo qardaşlığı bu gün

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin təkbətək görüşü olub. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. İqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyi vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli, beynəlxalq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə