"İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin zirvə toplantısı və prezidentlərin görüşünün Azərbaycanda keçirilməsi ölkənin artan gücündən xəbər verir". Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. O bildirib ki, bu görüşlər həm ölkənin, həm regionun, həm də dünyanın bugünki vəziyyəti, gələcəkdəki inkişaf perspektivləri baxımından çox əhəmiyyətlidir.
Onun sözlərinə görə, Azərbaycana gələn qonşu ölkələrin rəhbərləri ilə ölkə prezidentinin görüşlərində dəfələrlə qeyd olunduğu kimi, bu gün Azərbaycan regionda, dünyada sülhün tərəfdarıdır: "Azərbaycan bu günə qədər bunun üçün əlindən gələni əsirgəməyib. Həm regionun inkişafı, həm də dünyanın bərabərhüquqlu bir dövləti olduğunu, demokratik bir ölkə olduğunu isbat etmək üçün Azərbaycan bu günə qədər çox böyük bir yol qət edib, qısa müddətdə böyük uğurlar qazanıb. Düşünürəm ki, bu zirvə toplantısı da regionun bundan sonrakı inkişafında çox əhəmiyyətli yer tutacaq. Beynəlxalq tədbirin sonunda qəbul edilən Bakı bəyannaməsində öz əksini tapan məsələlər də gələcək inkişafa öz müsbət təsirini göstərəcək ".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB