Əli Həsənov: "Venesiya Komissiyasına lazımi arayış hazırlamışıq"

“Azərbaycanın dini-etiqad azadlığı haqqında qanunu Avropa standartlarına uyğundur”
Əli Həsənov: "Venesiya Komissiyasına lazımi arayış hazırlamışıq"

Azərbaycanın dini-etiqad azadlığı haqqında qəbul etdiyi qanun Avropa standartlarına uyğundur. SİA-nın verdiyi xəbərə əsasən, bunu apa.az saytına Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Venesiya Komissiyasının "Dini-etiqad azadlığı haqqında" qanuna verdiyi rəylə bağlı deyib: "Düşünürük ki, bu rəy Venesiya Komissiyasının ayrı-ayrı nümayəndələrinə təqdim olunan qanunun tərcüməsində baş verən təhriflər nəticəsində formalaşıb. Bundan irəli gələn bəzi terminologiyalar və formullar düzgün tərcümə olunmadığına görə müəyyən anlaşılmazlıq yaradır.

Bununla bağlı biz Venesiya Komissiyasına lazımi arayış hazırlamışıq. Düşünürük ki, bu qanun bütün Avropa standartlarına uyğundur. Çünki qanun çərçivəsində Azərbaycanın bütün dini icmaları tam azad və sərbəst fəaliyyət göstərir, heç kim narazılıq etməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə